“Yaxın vaxtlarda Azərbaycanda gündəlik istehlak olunan buğda ununun tərkibinin zənginləşdirilməsi ilə bağlı müvafiq qərarın verilməsi gözlənilir”.
Bunu Bizim.Media-ya açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
MÖVZU İLƏ BAĞLI:
Naxçıvanda çörək UCUZLAŞDI – QİYMƏT
Onun sözlərinə görə, artıq bununla bağlı ölkədə müvafiq işlər aparılır. Müsahibimiz qeyd edib ki, unun zənginləşdirilməsi üçün dəmir tərkibli mineral maddələrin də əlavə olunması nəzərdə tutub:
“Bu da orqanizmində dəmir çatışmazlığı olan insanlar üçün xüsusi əhəmiyyət kəsb edir. Bu, qan azlığından əziyyət çəkən şəxslər üçün də müəyyən qədər faydalı olacaq və problemin qismən aradan qaldırılmasına kömək edəcək.
Hətta həzm problemi olan insanların qidalanmasına müəyyən təsirləri ola bilər. Buğda unu gündəlik istehlak olunan məhsullar sırasında olduğu üçün belə bir qərarın verilməsi məqsədəuyğundur”.
Ekspert onu da əlavə edib ki, insanlarda immun sistemləri eyni olmadığına görə, tərkibi zənginləşdirilmiş un və çörək məhsullarından istifadə etmək tövsiyə olunur.
Rövşən Ziya, Bizim.Media