Şimal-Qərb bölgəsində qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

Şimal-Qərb bölgəsində qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

Hazırda oxunan: Şimal-Qərb bölgəsində qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

147836

Şimal-Qərb bölgəsində temperatur 10-12 dərəcə enib. Gecə saatlarından etibarən Şəki-Zaqatala rayonlarında fasilələrlə yağış yağıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bölgədə gecə saatlarından qeyri-sabit hava şəraiti hökm sürür.

Gecə saat 2-dən başlayaraq bölgə rayonlarında hava buludlanıb və yağış yağmağa başlayıb. Səhər saatlarına kimi rayonlarda qısa fasilələrlə yağış yağıb. Baş verən qeyri-sabit hava şəraiti heç bir fəsada yol açmayıb.
Bəzi dağ çaylarında - Katex, Kürmük və Dəmiraparanda suyun səviyyəsində qismən artım müşahidə olunur. Şəki Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata əsasən, bölgə rayonlarında qeyri-sabit hava şəraiti sabaha kimi davam edəcək. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO