Eldar Əzizov: “Xətaidə yanğının səbəbini yalnız ekspertizadan sonra demək mümkün olacaq”

Eldar Əzizov: “Xətaidə yanğının səbəbini yalnız ekspertizadan sonra demək mümkün olacaq”

Hazırda oxunan: Eldar Əzizov: “Xətaidə yanğının səbəbini yalnız ekspertizadan sonra demək mümkün olacaq”

147816

“Bütün dünyada yay aylarında isti havada belə hadisələrlə rastlaşmaq olar. Bu il alimlər tərəfindən planetimizdə ən yüksək temperaturun qeydə alındığını nəzərə almalıyıq. Mən bunun qlobal istiləşmə ilə bağlı hadisə olduğunu deməzdim. Hadisənin niyə baş verdiyini yalnız ekspertizadan sonra demək mümkündür”. 

Bizim.Media xəbər bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. 

"Mən heç də demək istəmirəm ki, bu qlobal istiləşmə ilə bağlı olan bir hadisədir. Hadisənin səbəblərini yalnız ekspertizadan sonra demək mümkün olacaq". 

Qeyd edək ki, paytaxtın Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın baş verib. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib. 

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO