Zaqatalaya istirahətə gedən turistlər İTKİN DÜŞDÜ  

Zaqatalaya istirahətə gedən turistlər İTKİN DÜŞDÜ  

Hazırda oxunan: Zaqatalaya istirahətə gedən turistlər İTKİN DÜŞDÜ  

147664

Zaqatalada itkin düşdüyü ehtimal edilən turistlər axtarılır. Ötən gün Zaqatalaya istirahətə gələn iki yerli turist şəlaləyə gedən istiqamətə yollanıb və onlarla əlaqə kəsilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, turistlərin itkin düşməsi barədə onların yaxınları Fövqaladə Hallar Nazirliyinin qaynar xətt xidmətinə və DİN-nin Zaqatala rayon Polis Şöbəsinə məlumat verib. 

Polis orqanlarına müraciətdə qeyd olunub ki, yerli turistlər Zaqatala rayonu Qəbizdərə kəndindən başlayaraq dağlıq-meşəlik əraziyə daxil olub.

Onların məşhur Zaqatala şəlaləsi istiqamətində hərəkət etdiyi bildirilir. Onlar elə bu istiqamətdəki ərazilərdə də yoxa çıxıblar. Ötən gün ərazidə qısamüddətli axtarış aparılıb. Bu gün də əməliyyat şəraitinə uyğun tədbirlər davam etdirlir. 
Qeyd edək ki, ötən il Hindistan vətəndaşı olan bir şəxs də heç bir bələdçinin xidmətindən istifadə etmədən təkbaşına səyahətə çıxıb və rayonun dağlıq-meşəlik ərazisində itkin düşüb. Onun axtarışları aylarla davam edib. Bu gün də ondan heç bir xəbər yoxdur. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO