Vətən müharibəsi qazisi 27-ci dəfə əməliyyat OLUNDU - FOTO

Vətən müharibəsi qazisi 27-ci dəfə əməliyyat OLUNDU - FOTO

Hazırda oxunan: Vətən müharibəsi qazisi 27-ci dəfə əməliyyat OLUNDU - FOTO

147259

Qazinin 27-ci cərrahiyyə əməliyyatı uğurla başa çatıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 44 günlük Vətən müharibəsində ağır yaralanmış hərbi qulluqçu Ceyhun Məmmədov 27-ci ağır əməliyyatını uğurla başa vurub. 

Ağdam rayonunda yaşayan C.Məmmədov 26 dəfə sol ayağından, sonuncu dəfə isə ödündən əməliyyat olunub. 

Qazi səhhətinin qənaətbəxş olduğunu bildirib. 

Xatırladaq ki, Ceyhun Vətən müharibəsində Talış kəndi istiqamətində yerləşən yüksəkliklərdən birinin azad edilməsi uğrunda aparılan hərbi əməliyyatda ağır yaralanıb. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO