Ölkəmizdə ən çox hansı sahələr üzrə mütəxəssislərə ehtiyac var? – RƏSMİ AÇIQLAMA 

Ölkəmizdə ən çox hansı sahələr üzrə mütəxəssislərə ehtiyac var? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Ölkəmizdə ən çox hansı sahələr üzrə mütəxəssislərə ehtiyac var? – RƏSMİ AÇIQLAMA 

147200

“Bu gün Azərbaycanda ən çox mütəxəssis tələb olunan sahələr sırasında informasiya-kommunikasiya texnologiyaları sektoru birinci yerdədir.

Hər il işçi tələbatı olan sahələr içərisində daha da innovativ ixtisaslar olur. Turizmlə bağlı olan sahələrdə də mütəxəssislərə böyük tələbat var. 

Bu peşələr hər il dəyişir və daha da müasirləşir. Ümumilikdə bizim gənclər, iş axtaranlarımız daha çox məntiqi təfəkkür, təhlil istiqamətli peşələrə sahib olsalar daha məqsədəuyğun olar. Çünki bu gün əmək bazarının əsas ehtiyacı məhz bu yöndədir".  

Bu fikirləri Bizim.Media-nın yerli bürosuna açıqlamasında Gəncədə səfərdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli səsləndirib. 

Onun sözlərinə görə, hazırda Azərbaycanın əmək bazarını təhlil etdikdə görünən odur ki, iş axtaranların sahib olduğu bəzi peşələrə artıq ehtiyac yoxdur. 

“Amma bu gün qıtlıq olan müasir peşələr var ki, onlara böyük kadr ehtiyacı duyulur. Sədr əlavə edib ki, agentlik tərəfindən 175 aktual sahə üzrə təsdiq edilmiş peşələr var və bütün bu istiqamətlər üzrə gənclər hazırlanır, maarifləndirilir”.   

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO