Coğrafiya İnstitutunun şöbə müdiri vəfat ETDİ – FOTO 

Coğrafiya İnstitutunun şöbə müdiri vəfat ETDİ – FOTO 

Hazırda oxunan: Coğrafiya İnstitutunun şöbə müdiri vəfat ETDİ – FOTO 

147001

Tanınmış geomorfoloq alim, Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Rəfael Abdullayev vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə İnstitut məlumat yayıb. 

Bildirilib ki, Rəfael Seyfəl oğlu Abdullayev 1949-cu il-də Qax rayonunun İlisu kəndində anadan olub. 1968-ci ildə Bakı Politexniki Texnikumunu "Sənaye və mülki tikinti" ixtisası üzrə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinə qəbul olub və 1974-cü ildə oranı müvəffəqiyyətlə bitirib. 1974-1975-ci illərdə Uzaq Şərqdə qiymətli metalların səpinti yataqlarında təcrübə mübadiləsi keçib və hərbi xidmətdə olub. 

1984-cü ildə aspiranturanın qiyabi şöbəsinə daxil olub, 1988-ci ildə "Kiçik Qafqazın çay dərələrinin inkişaf tarixi və formalaşma xüsusiyyətləri" mövzusunda dissertasiya işini müdafiə edərək geomorfologiya və təkamül coğrafiyası ixtisası üzrə coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1968-ci ildən etibarən Coğrafiya İnstitutunun "Geomorfologiya" şöbəsində müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildən başlayaraq Geomorfologiya və təbii risklər şöbəsinə rəhbərlik edib. 
Çoxsaylı elmi hesabatların, müxtəlif məzmunlu xəritələrin, eləcə də Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 60-dan artıq məqalənin müəllifidir. Onun mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edən elmi nəticələri müxtəlif xəritələrdə, məqalələrdə və kitablarda öz əksini tapib. Coğrafiya İnstitutunun Elmi Şurasının üzvü olub. Fəal elmi fəaliyyəti ilə Azərbaycan geomorfologiya elminin inkişafına vicdanla xidmət edib. Çöl-ekspedisiya tədqiqat işlərinin təşkilatçısı və rəhbəri olub. 

Allah rəhmət eləsin! 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO