Astarada iribuynuzlu heyvanın yaraladığı şəxs ÖLDÜ

Astarada iribuynuzlu heyvanın yaraladığı şəxs ÖLDÜ

Hazırda oxunan: Astarada iribuynuzlu heyvanın yaraladığı şəxs ÖLDÜ

146996

Astarada iribuynuzlu heyvan kənd sakininə xəsarət yetirib.

Bizim.Media "apa.az"a istinadən xəbər verir ki, hadisə Maşxan kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 1972-ci il təvəllüdlü Elşən Müqabil oğlu İbadova gecə saatlarında bağlarında olan iri buynuzlu heyvan hücum edib. Sonra heyvan ayaqları ilə Elşən İbadovu tapdalayıb. Səsə çıxan ev sahibləri heyvanı ərazidən uzaqlaşdırıblar.

Xəsarət alan Elşən İbadov TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə daxil olub.

Xəstəyə zəruri ilkin tibbi xidmətlər göstərilib, təcili əməliyyat blokuna verilib. Bütün reanimasiya və cərrahi müdaxilələrə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. O, bu gün günorta saatlarında dünyasını dəyişib.

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO