Goranboyda avtomobil mal-qaraya çırpıldı - 1 nəfər xəstəxanalıq oldu

Goranboyda avtomobil mal-qaraya çırpıldı - 1 nəfər xəstəxanalıq oldu

Hazırda oxunan: Goranboyda avtomobil mal-qaraya çırpıldı - 1 nəfər xəstəxanalıq oldu

146926

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Veyisli kəndində qeydə alınıb. 

Hərəkətdə olan "VAZ-2107" markalı avtomobilin qarşısına bir neçə iri buynuzlu mal-qara çıxıb. Sürücü idarəetməni itirib və maşın  mal-qaraya çırpılıb.

Nəticədə avtomobildə olan 1984-cü il təvəllüdlü X.Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO