Xaçmazda motosikletçi qəzada öldü

Xaçmazda motosikletçi qəzada öldü

Hazırda oxunan: Xaçmazda motosikletçi qəzada öldü

146925

Ötən gecə Xaçmaz rayonunda ölümlə nəticələnən yol qəzası qeydə alınıb. Hadisə Xudat-Nabran yolunun 11-ci km-də, İstisu qəsəbəsi ərazisində  qeydə alınıb.

Bizim.Media xəbər verir ki, Neftçala rayon sakini, 29 yaşlı Əzizağa Rahil oğlu Məmmədov idarə etdiyi "Mercedes Benz" markalı avtomaşınla İstisu qəsəbə sakini, 34 yaşlı Turac Nəsrətulla oğlu Qayıbxanovun idarə etdiyi motosikleti vurub.

Motosikletçi yerindəcə ölüb. 

Qeyd edək ki, hadisəni törədən "Mercedes Benz"in sürücüsü Əzizağa Məmmədov İstisu qəsəbəsindəki "Kaspar" istirahət mərkəzində təhlükəsizlik xidmətinin əməkdaşı işləyir.
Fakta görə DİN-in Baş İstintaq  və  Təhqiqat İdarəsinin Yol nəqliyyat Hadisələrinə dair İşlər Üzrə istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb.

Qəzanın avtomaşının və ya dünyasını dəyişmiş motosiklet sürücüsündə olmasını müəyyən etmək üçün avtotexniki ekspertiza təyin ediləcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimaĺ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO