Beynəlxalq axtarışa verilən 3 nəfər Rusiyadan Azərbaycana GƏTİRİLDİ

Beynəlxalq axtarışa verilən 3 nəfər Rusiyadan Azərbaycana GƏTİRİLDİ

Hazırda oxunan: Beynəlxalq axtarışa verilən 3 nəfər Rusiyadan Azərbaycana GƏTİRİLDİ

146787

Baş Prokurorluğun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları İsmayılov Mahmud Elman oğlu, Nəsirov-Zibai Ceyhun İbrahim oğlu və Babaşov Azad Vaqif oğlunun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

Belə ki, Mahmud İsmayılov və Azad Babaşovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq, Ceyhun Nəsirov-Zibainin isə xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunmaqla istintaqdan qaçıb gizləndikləri üçün beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasından ölkəmizə gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO