İsmayıllıda arvadını öldürərək qaçan kişi SAXLANILDI - YENİLƏNİB

İsmayıllıda arvadını öldürərək qaçan kişi SAXLANILDI - YENİLƏNİB

Hazırda oxunan: İsmayıllıda arvadını öldürərək qaçan kişi SAXLANILDI - YENİLƏNİB

146652

İsmayıllıda arvadını öldürərək qaçan kişi tutuldu.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki,  hadisə bu gün saat 14:30 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1985-cinil təvəllüdlü Bədəlov Etibar Əbülfəs oğlu ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı 3 uşaq anası olan həyat yoldaşını, 1988-ci il təvəllüdlü Aytən Bədəlovanı bıçaqlayaraq öldürüb. O, hadisə yerindən qaçıb. 
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1985-ci il təvəllüdlü Bədəlov Etibar Əbülfəz oğlu polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. 

Hadisənin dəqiq səbəbi hələ ki, məlum deyil. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

*** 15:17

Xəbər verdiyimiz kimi İsmayıllı rayonunda qətl hadisəsi olub. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün saat 14:30 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

İsmayıllıda 35 yaşlı qadın qətlə YETİRİLDİ


Kənd sakini Etibar Bədəlov ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı həyat yoldaşını öldürüb.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Hadisənin dəqiq səbəbi hələ ki, məlum deyil. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO