TƏBİB it dişləyən uşaqla bağlı açıqlama YAYDI

TƏBİB it dişləyən uşaqla bağlı açıqlama YAYDI

Hazırda oxunan: TƏBİB it dişləyən uşaqla bağlı açıqlama YAYDI

146641

TƏBİB videosu yayılan it dişləyən uşaqla bağlı açıqlama yayıb.

Bizim.Media TƏBİB-dən verilən məlumata istinadən xəbər verir ki, baş, qol və kürək nahiyələrindən xəsarətlər alan Tunar Mirqafarova ilkin tibbi yardım göstərilib, cərrahi əməliyyatlar həyata keçirilib. 

"Yayılan video ilə bağlı bildiririk ki, Balakən qeydiyyatında olan, Sumqayıtda məskunlaşan 2016-cı il təvəllüdlü Mirqafarov Tunar Kənan oğlu ailə üzvləri ilə birlikdə 8 iyul 2023-cü il tarixində ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına daxil olub. Ailə üzvlərinin sözlərinə görə, onu it dişləyib".
Həmçinin məlumatda bildirilib ki, ona quduzluq əleyhinə immunoqlobulin və sxemə uyğun antrabik vaksini vurulub.

Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO