Dənizdə batma təhlükəsində olan 36 yaşlı kişi xilas edildi - VİDEO

Dənizdə batma təhlükəsində olan 36 yaşlı kişi xilas edildi - VİDEO

Hazırda oxunan: Dənizdə batma təhlükəsində olan 36 yaşlı kişi xilas edildi - VİDEO

146526

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda ən yaxın xilasetmə məntəqəsindən 600 metr aralı, nəzarətsiz ərazidə 1 nəfər vətəndaşın dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Qızılqum” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində batma təhlükəsində olan 1987-ci il təvəllüdlü Əsgərov Samir Aslan oğlu dalğıclar tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.


 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO