Oğuzda 1026 yaşı olan ağac necə qorunur? – Tarixi ağacla bağlı maraqlı RƏVAYƏT

Oğuzda 1026 yaşı olan ağac necə qorunur? – Tarixi ağacla bağlı maraqlı RƏVAYƏT

Hazırda oxunan: Oğuzda 1026 yaşı olan ağac necə qorunur? – Tarixi ağacla bağlı maraqlı RƏVAYƏT

146378

Oğuz Rayonunda 1026 illik tarixi özündə qoruyub saxlayan çinar ağacı qorunur. 

Bizim.Media xəbər verir ki,  şəhərin şimalında yerləşən nəhəng çinar ağacı haqqında hələ 1892-ci ildə M.Bejanov öz məqaləsində bəhs edib. Bejanovun yazdığına görə, belə bir rəvayət var ki, qədim zamanda, hücumdan qorunmaq üçün torpağa İncil kitabı basdırılıb və üzərindən çinar toxumu səpilib. Nəticədə belə bir böyük ağac ərsəyə gəlib. 

Ağacı kəsmədən, illik böyümə ölçüsünə əsasən bəzi düsturlar var ki, həmin düsturlarla ağacın yaşını təyin etmək mümkündür. Bunlardan biri də ağacın gövdəsinin enini (sm ilə) 2,5 -ə bölməklə alınan düsturdur.
M.Bejanov 1892 ci ildə sözü gedən ağacın eninin 32 arşın, yəni 22,4 metr olduğunu yazır. (1arşın=0.70sm).

Bu zaman hesablama etdikdə, 2240 sm/ 2,5 = 896 alınır. Yəni bu ağacın 1892- ci ildə, 896 yaşı olub, hal hazırda isə 1026 yaşı var. Təəsüf ki ildırım ağacın gövdəsini parçaladığı üçün hazırda dəqiq ölçmə aparmaq mümkün deyil.
Hazırda sözügedən ağacın Oğuz rayonunda qorunduğu və bölgəyə səfər edən turistlərin ciddi marağına səbəb olduğu bildirilir. 



Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO