Qobustanda olay  - Radikal islamçıların yuvasına qıfıl vuruldu...

Qobustanda olay - Radikal islamçıların yuvasına qıfıl vuruldu...

Hazırda oxunan: Qobustanda olay - Radikal islamçıların yuvasına qıfıl vuruldu...

146328
Dünən Azərbaycanda daha bir məscid bağlanıb.xa0

Qobustan qəsəbəsində yerləşən və daha çox radikal sələfilərin toplaşdığı məscidin qapılarına qıfıl vurulub. Bu məscid də Bakıda yerləşən "Ləzgi Məscidi" kimi vəhabi təriqətinə qulluq edən insanların xidmətində olub.xa0

Qobustan məscidində ibadətlə məşğul olan şəxslərdən bəzilərinin Suriyaya gedərək orada İŞİD-ə qoşulan camaatdan olduqları bəlli olduqdan sonra məsələ nəzarətə götürülüb.xa0

Moderator.az - a daxil olan məlumata görə, "Ləzgi məscidi" və Qobustan məscidinin bağlanmasında birbaşa əlaqə var. Belə ki, bu iki məsciddə təbliğ olunan təriqətə görə bu yolun yolçuları onlardan fərqli düşünənləri kafir hesab edir, bu insanlar özlərindən olmayanların qanını halal edirlər.xa0

Suriyada vuruşan Azərbaycanlıların əsas ideoloqu olan və 9 il Azərbaycanda həbs həyatı yaşayan Hacıbala adlı şəxs də Azərbaycandakı tərəfdarlarına müraciəti edərək bildirmişdi ki, Azərbaycandakı "Ləzgi" və "Qobustan" məscidindən başqa bütün məscidlər şeytan evidir. Qeyd edək ki, Hacıbala adlı şəxs hazırda Türkiyədə yaşayır. O, adını dəyişərək Əbu Əyman qoyub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO