Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı tərəfindən Gədəbəydə əmək yarmarkası təşkil olunub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yarmarkada 11 müəssisə tərəfindən 130 vakansiya təqdim edilib.
Vakansiyalar üzrə müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib. Yeni peşəyə yiyələnmək istəyən vətəndaşlara isə Agentlik tərəfindən işəgötürənlərlə əməkdaşlıq çərçivəsində tədrisi həyata keçirilən kurslar təqdim edilib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
22:37 / 14.07.2023
Gədəbəydə əmək yarmarkasında 130 vakansiya təqdim OLUNDU – FOTO
Hazırda oxunan: Gədəbəydə əmək yarmarkasında 130 vakansiya təqdim OLUNDU – FOTO
Hazırda oxunan: Gədəbəydə əmək yarmarkasında 130 vakansiya təqdim OLUNDU – FOTO
146299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.