Natəvan Babayevanın səhhəti nə yerdədir? - ÖZƏL/FOTO

Natəvan Babayevanın səhhəti nə yerdədir? - ÖZƏL/FOTO

Hazırda oxunan: Natəvan Babayevanın səhhəti nə yerdədir? - ÖZƏL/FOTO

146257

Bir neçə gün əvvəl Türkiyəyə gedərkən hava limanında halı pisləşən və geri qayıdan Azərbaycan Dövlət Televiziyasının tanınmış aparıcısı Natəvan Babayevanın səhhəti normallaşıb.

Bu barədə Bizim.Media-ya aparıcının özü məlumat verib. O bildirib ki, artıq Türkiyəyə gedib.

Dünəndən İstanbuldadır və burada MRT müayinəsinin rəyindən sonra Türkiyədə müalicə olunduğu xəstəxanaya gedəcək. 
Xəstəxanada müalicə olunub-olunmaması isə müayinənin rəyindən sonra bəlli olacaq.

Natəvan Babayeva həmçinin bu gün sosial şəbəkə hesabında  Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun şəhid olmasından 3 ilin ötməsi ilə bağlı foto da paylaşıb.

Fotoda həmkarı Əfsanə Mehdiyeva ilə qızı, Natəvan Babayeva ilə oğlu yer alıb.

Qeyd edək ki, Natəvan Babayeva AzTV-dən əvvəl, ANS televiziyasının aparıcısı olub. Tanınmış aparıcı onkoloji xəstəlikdən əziyyət çəkir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO