Xaçmazda şaftalı YIĞIMI – FOTO

Xaçmazda şaftalı YIĞIMI – FOTO

Hazırda oxunan: Xaçmazda şaftalı YIĞIMI – FOTO

146238

Xaçmaz rayonunda artıq bir neçə gündür şaftalı yığımına başlanılıb. Belə ki, təsərrüfat sahibləri həm yerli, həm də xarici sortların yığımına start veriblər. 

Rayonun Nərəcan kəndindən olan təsərrüfat sahibləri deyir ki, hazırda"Arıyeyən", "Ağ fədai", "Nektarin" və xarici sortların yığımı aparılır. 

Meyvənin satış bazarı əsasən daxili bazardır. Verilən məlumata görə, hələlik meyvənin satışı ilə bağlı problem yaşanmır.

Artıq sahələrdən birbaşa satışa da başlanılıb. Yerli sortların yeşiyi yerində 6-7 manata  alıcıya satılır. Xarici sortun kiloqramı üçün isə qiymətlər 80 qəpik-1 manat arasında dəyişir.

Xaçmaz rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Bizim.Media-ya məlumat verilib ki, rayonda 3640 hektar  şaftalı sahəsi var. İndiyədək 70 tondan artıq məhsul yığılıb.

Hələlik tezyetişən sortların yığımı gedir. Mərkəzdən o da bildirildi ki, bu il Xaçmazda bar verən şaftalı bağlarının sahəsi artıb. Belə ki, keçən il rayonda 2982 hektar şaftalı bağı olub. 

Eyni zamanda bu il İspaniyadan gətirilmiş xarici sortlar da yetişib və onların da yığımı aparılır.

Qurumun məlumatına görə, fermerlər satış problemi ilə üzləşməyiblər. Artıq məhsulun soyuducu anbarlara yığılaraq Rusiya bazarlarına göndərilməsi işlərinə də başlanılıb.
















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO