“Bölgələrdə ciddi vəkil çatışmazlığı var” – Fazil Mustafa 

“Bölgələrdə ciddi vəkil çatışmazlığı var” – Fazil Mustafa 

Hazırda oxunan: “Bölgələrdə ciddi vəkil çatışmazlığı var” – Fazil Mustafa 

146169

“Azərbaycanın əksər ucqar bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında vəkil çatışmazlığı yaşanır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının iclasında millət vəkili Fazil Mustafa səsləndirib.

“Bunun bir səbəbi var. “Vəkillik haqqında” qanunun 8-ci bəndində vəkillər üçün 3 illik iş stajı tələbi nəzərdə tutulub.

Bu absurd tələbdir. Heç Türkiyədə də belə tələb yoxdur. Düşünürəm ki, bu müddəanın ləğv olunması lazımdır. Bununla da ucqar bölgələrdə vəkil çatışmazlığı yaşanmaz”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO