Balakəndə gənc qadından bir həftədir xəbər yoxdur.
Balakən şəhər sakini, 27 yaşlı qadın iyulun 8-dən evdən çıxıb və bir daha geri dönməyib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Balakən şəhər sakini Leyla İsayevanın yaxınları rayon polis şöbəsinə müraciət edərək gənc qadının iyulun 8-i yaşadığı evdən çıxaraq nəməlum istiqamətdə getdiyini bildirib.
İtkin düşdüyü ehtimal edilən qadının yaxınları iki gün onu güman və zənn edilə bilən yerlərdə axtarsalar da, bir nəticəsi olmayıb. Faktla bağlı rayon polis şöbəsində araşdırmalar başlayıb və Leyla İsayevanın tapılması istiqamətində tədbirlər görülür.
Ailəsindən verilən məlumata əsasən, gənc qadın psixoloji problemlərdən əziyyət çəkir və dəfələrlə bununla bağlı müalicə və müayinələr alıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:55 / 13.07.2023
Balakəndə 27 yaşlı qadın İTKİN DÜŞDÜ
Hazırda oxunan: Balakəndə 27 yaşlı qadın İTKİN DÜŞDÜ
Hazırda oxunan: Balakəndə 27 yaşlı qadın İTKİN DÜŞDÜ
146031
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.