Riyaziyyatçılarımız ABŞ-da qızıl medallar QAZANDILAR - FOTO

Riyaziyyatçılarımız ABŞ-da qızıl medallar QAZANDILAR - FOTO

Hazırda oxunan: Riyaziyyatçılarımız ABŞ-da qızıl medallar QAZANDILAR - FOTO

146020

Azərbaycanlı riyaziyyatçılar ABŞ-ın Nyu-York şəhərində, Kolumbiya Universitetində keçirilən Beynəlxalq Kopernikus Olimpiadasında 7 qızıl, 23 gümüş və 13 bürünc medal qazanıb.

Bizim.Media xəbər verir ki, "Global Olympic Center"-in təşkilatçılığı ilə keçirilən beynəlxalq olimpiadanın qlobal mərhələsində ölkəmizi müxtəlif yaş qrupunda və müxtəlif məktəblərdən seçilmiş 60 istedadlı şagirddən ibarət komanda təmsil edib.

Olimpiadanın açılış mərasimində komandamızın üzvləri Azərbaycan dövlət himninin sədaları altında səhnəyə çıxıblar. Azərbaycanlı riyaziyyatçılar beynəlxalq turnirdə 22 ölkə ilə yarışıb və ölkəmizin komandası 5 kateqoriya üzrə təmsil olunub.
Sonda olimpiada qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimində Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim çıxış edərək bütün iştirakçıları və Azərbaycan komandasını təbrik edib. Səfir gənc riyaziyyatçılara uğurlar arzulayıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO