Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən 61 tələbə məzun OLDU - FOTO 

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən 61 tələbə məzun OLDU - FOTO 

Hazırda oxunan: Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən 61 tələbə məzun OLDU - FOTO 

145981

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Aşpaz", "Bitkiçilik mütəxəssisi", "Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, "Aqroservis mütəxəssisi" qrupları üzrə 61 nəfər tələbəyə tam orta təhsil haqqında sənədlər təqdim edilib.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Mərkəzdən məlumat verilib.  

Sənədlərin təqdim edilməsi münasibətilə keçirilən tədbirdə Mərkəz rəhbərliyi tərəfindən məzunlara karyeralarının formalaşması istiqamətində hər zaman əməkdaşlıq etmək tövsiyə olunub. 

Eyni zamanda işəgötürənlərlə məzunlar arasında əlaqələrin qurulmasında davamlı informasiya mübadiləsi qurulacağı bildirilib. 

Sonda məzunlara uğurlar arzulanıb, gənclərin peşə təhsilinə təşviqi istiqamətində təbliğat işində birgə əməkdaşlıq tövsiyyə olunub. 



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO