İçməli su emal edən 4 müəssisənin fəaliyyətinə son qoyuldu

İçməli su emal edən 4 müəssisənin fəaliyyətinə son qoyuldu

Hazırda oxunan: İçməli su emal edən 4 müəssisənin fəaliyyətinə son qoyuldu

145816

Cari ilin may ayının 1-dən etibarən aparılan monitorinqlər zamanı ticarət obyektlərində satışı həyata keçirilən 26 adda emal edilən qablaşdırılmış sulardan nümunələr götürülərək sınaqlarının aparılması üçün Agentlik tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. 

AQTA-dan Bizim.Media-ya bildirilib ki,  sınaq nəticələrinə əsasən, nümunələrdən 22-nin nəticəsi qənaətbəxş olub. 4 nümunənin mikrobioloji göstəriciləri qida sahəsində normativ sənədlərin tələblərinə cavab verməyib.

Sınaq nəticəsi uyğunsuz çıxan suların adları aşağıda (Cədvəl ) qeyd olunan emal müəssisələrində yoxlama keçirilib, hər 4 müəssisənin su emalı fəaliyyəti dayandırılıb, uyğunsuz çıxan məhsul partiyasının istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılması barədə icrası məcburi göstəriş verilib, 16 300 ədəd 1 litrlik, 817 ədəd 5 litrlik, 672 ədəd 0.5 litrlik su məhsulları isə geri qaytarılaraq məhv edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO