Suda batan şəxsi xilas edən dalğıc təltif edildi

Suda batan şəxsi xilas edən dalğıc təltif edildi

Hazırda oxunan: Suda batan şəxsi xilas edən dalğıc təltif edildi

14580

Mingəçevirdə iş vaxtından kənarda suda batan şəxsi xilas edən dalğıcı daxili xidmət çavuşu təltif edilib.

Bizim.Media xəbər verir ki,  bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iş vaxtından kənar – məzuniyyətdə olarkən 16 fevral 2021-ci il tarixində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində boğulan şəxsi xilas etmiş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupunun dalğıcı daxili xidmət çavuşu Dosməmmədov Dosməmməd Qəhrəman oğlu döş nişanı ilə təltif olunub.

Xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov göstərdiyi sücaətə görə Dosməmməd Dosməmmədova təşəkkür edərək onun nümunəvi addımının gənclərə örnək olduğunu bildirib.

Daha sonra D.Dosməmmədova “Fövqəladə halların nəticələrini aradan qaldıran iştirakçıya” döş nişanı və vəsiqəsi təqdim edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO