Naxçıvanda hərbi qulluqçulara hədiyyələr verildi - FOTO

Naxçıvanda hərbi qulluqçulara hədiyyələr verildi - FOTO

Hazırda oxunan: Naxçıvanda hərbi qulluqçulara hədiyyələr verildi - FOTO

145364

Baş prokuror Kamran Əliyev Naxçıvan Muxtar Respublikasında səfər çərçivəsində hərbi prokurorluğunun əməkdaşları və Müdafiə Nazirliyinin Sədərək rayonunda yerləşən N saylı hərbi hissəsinin hərbi qulluqçuları ilə görüşüb, onlara hədiyyələr təqdim edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı Baş Prokuror Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın bütün sahələrdə durmadan inkişaf etdiyini, günbəgün daha da qüdrətləndiyini bildirərək, bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Müzəffər sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etdiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO