Avtomobillərin parklanmasına görə ödənişlər fərqli - nağdsız qaydada ediləcək. Bəzi sürücülər deyirlər ki, ödənişlərin nağdsız qaydada olması onların işini asanlaşdıracaq. Amma məsələyə fərqli yanaşanlar da var.
Bizim.Media xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov mövzuya münasibət bildirib.
Onun sözlərinə görə, bununla bağlı əvvəlcə sistem müəyyənləşdirilməlidir, sonra isə ödənişlərin hansı qaydada həyata keçiriləcəyi məlum olacaq:
“Prosesi ödəmə terminalları vasitəsi ilə də həyata keçirmək olacaq”.
Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, parklanma üçün ödənişlərlə bağlı xüsusi mobil tətbiq də istifadəyə veriləcək. Məlumata görə, bunun üçün ilkin mərhələdə müvafiq əməkdaşlar və könüllülər sürücülərə yeni sistemdən istifadə qaydalarını izah edəcəklər. Parklanmadan gələn gəlirlər isə sistemin saxlanılmasına, həmçinin dövlət tərəfindən nəqliyyat infrastrukturunun inkişafına yönəldiləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media