Təhsil Nazirliyinə İRAD – “Xoşagəlməz və izahı olmayan bir vəziyyətdir”

Təhsil Nazirliyinə İRAD – “Xoşagəlməz və izahı olmayan bir vəziyyətdir”

Hazırda oxunan: Təhsil Nazirliyinə İRAD – “Xoşagəlməz və izahı olmayan bir vəziyyətdir”

14536

“Hələ də vətəndaşlardan diplomların notarial təsdiqi tələb olunur. Bu günlərdə müşahidə etdim ki, dövlət qurumu vətəndaşdan diplomun notarial qaydada təsdiqlənmiş variantının elektron versiyasını öz sisteminə yükləməyi tələb edir. Azərbaycanın indiki inkişaf mərhələsi üçün, olduqca xoşagəlməz, təəssüf doğuran və izahı olmayan bir vəziyyətdir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” hesabında qeyyd edib. Onun sözlərinə görə Təhsil Nazirliyi son illərdə bir neçə uğurlu, faydalı rəqəmsal həllər hazırlayıb.

Lakin eGov Portalına diqqət yetirdikdə bəzi elektron xidmətlərin yalnız adlarını görmək olur, xidmətin özü aktiv deyil:

 

MÖVZU İLƏ BAĞLI:

“Ötən sentyabrın yanlış təcrübəsini təkrarlaya bilərik” - Təhsil Nazirliyinə İRAD


“Vətəndaş onun haqqında dövlət qurumunda (Təhsil Nazirliyində) olan bir məlumatın doğruluğunu hansısa bir dövlət qurumuna sübut etmək üçün yenidən başqa bir dövlət qurumuna (Ədliyyə Nazirliyinə) getməlidir, ödəniş edərək onu təsdiqlətməlidir, onun scan versiyasını hazırlamalıdır və nəhayət dövlət qurumunun informasiya sisteminə yükləməlidir.

Bu izahı olmayan haldır. Təhsil Nazirliyinin bir neçə aktiv elektron xidməti Portala inteqrasiya olunmadan ayrı bir resurs üzərindən təqdim olunur. Onda sual olunur ki, Portal nə üçün lazımdır?”

Osman Gündüz nazirliyin diplomlarla bağlı “Təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması” xidmətinin də yarımçıq bir vəziyyətdə olduğunu iddi edib: 

Sistem yalnız 2011-2017-ci illər üzrə diplomları yoxlamağa imkan verir. Heç bir quruma inteqrasiya indiyədək baş tutmayıb.

 

Xatırlayıram ki, diplom bazası ilə bağlı 5 il bundan öncə də durum təxminən elə bu vəziyyətdə idi. Görəsən, ötən 5 il müddətində nazirlik bu bazanı yeniləyə bilməyibmi? Nə üçün universitetlərə bu haqda tapşırıqlar verilməyib? Bir universitet özünün 4-5 illik diplom bazasını Təhsil Nazirliyinin sisteminə cəmi bir-iki ay ərzində yükləyə bilmişdi. 


Belə olan halda ötən 5 il ərzində ali təhsil müəssisələrində oflayn formada mövcud olan diplom bazasının TN-ə inteqrasiyasının indiyədək baş tutmaması təəssüf və təəccüb doğurur.

Düşünürəm ki, TN tez bir zamanda diplom bazasını qaydaya salmalıdır, rəqəmsallaşdırmalı və FİN-ə bağlanmalıdır. Bu bazanı eGov və myGov Portalına, DİM-in sisteminə, təhsil müəssisələrinə inteqrasiya etməlidir”. 

Ekspert onu da əlavə edib ki, TN bu bazadan istifadə üçün dövlət və özəl müəssisələrə, universitetlərə servislər təqdim etməlidir ki, bu qurumlar vətəndaşdan diplomu və ya onun notarial təsdiqini tələb etməsin, vətəndaşın FİN nömrəsinə görə onun diplomunu tanıya bilsinlər:

“Bununla həm də saxta diplom problemini birdəfəlik həll etmək olardı.

Bir müddət öncə Təhsil haqqında qanunvericiliyə də dəyişikliklər edilib. Artıq kağız formada diplomlar vermək qadağan olunub, diplomlar yalnız elektron formada olacaq.

 

Bu baxınmdan TN-nin öz informasiya sistemlərini tez bir zamanda buna hazırlaması, diplomların vahid bazaya toplanması üçün Universitetlərə ciddi tapşırıq verməsi və inteqrasiya proseslərinə başlaması çox vacibdir.


Ümid edirəm eGov-a cavabdeh olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Hökumətin İnkişafı Mərkəzi və TN tez bir zamanda bu problemi həll edə biləcəklər”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO