DYP-dən yükdaşıma ilə məşğul olanlara XƏBƏRDARLIQ

DYP-dən yükdaşıma ilə məşğul olanlara XƏBƏRDARLIQ

Hazırda oxunan: DYP-dən yükdaşıma ilə məşğul olanlara XƏBƏRDARLIQ

145011

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edib. 

Bizim.Media xəbər verir ki, xəbərdarlıqda deyilir: 

“DİN-nin BDYPİ tərəfindən nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericiliyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən bu cür qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir. 

İyulun 5-də “KamAZ” markalı, 90-SO-154 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Seyfullayev Xanmusa Xubyar oğlu və “KamAZ” markalı, 35-BX-877 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Orucov Arzuman Valeh oğlu yükdaşıma qaydalarını il ərzində təkrar pozduqlarına görə Baş DYP İdarəsinin YPX Alayının VI taqımının əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən sürücülük hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmaqla 1200 manat məbləğində cərimə ediliblər. 
DİN-in Baş DYP İdarəsi bir daha yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən yüklərin daşınması zamanı müvafiq normalara və təhlükəsizlik tədbirlərinə riayət olunmasını xahiş edir. Həmçinin bildiririk ki, bu sahədə inzibati xətalara yol vermiş şəxslər barəsində ciddi inzibati tənbeh tədbirləri görüləcək" - məlumatda deyilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO