Balakəndə çörək və un məmulatlarının çəkisinə və keyfiyyətinə diqqət artırılır.
Balakən sakinləri son günlər unun qiymətinin aşağı düşməsini sevinclə qarşılasa da çörəyin çəkisi və qiymətində dəyişikliyin olmamasından narahat idilər.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, elə bu məqsədlə, Balakən Rayon İcra Hakimiyyətində, rayon Fövqəladə Hallar Komissiyasının sədri Turan Dibirovun təşəbbüsü və təşkilatçılığı ilə rayonda çörək istehsalı ilə məşğul olan sahibkarla müşavirə keçirilib.
Müşavirədə sahibkarların qayğıları ilə maraqlanan Turan Dibirov son dövr un məmulatların qiymətində xeyli aşağı düşmələrin olduğunu diqqətə çatdırıb və qeyd edib ki, sahibkarlar da çörəyin çəkisini nəzərə alsınlar.
Görüşdə həmçinin sahibkarlıq subyektlərinin qarşılaşdıqları problem və qayğılar müzakirə edilib, müvafiq təşkilatlara tapşırıqlar verilib.
Bizim.Media-nın yerli bürosu sakinlərlə görüşərək məsələ ilə əlaqədar çörəyin çəkisində dəyişikliyin olub-olmaması ilə maraqlanıb.
Bildirilib ki, artıq dünəndən əksər istehsalçılar çəkidə xeyli dəyişiklik edib. Belə ki, əvvəllər 1 manata satılan çörəyin çəkisi 450-480 qram idisə indi 900 qramdan da bir qədər ağır gəlir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:40 / 06.07.2023
Balakəndə çörəyin qiyməti endi, çəkisi QALDIRILDI - ŞAD XƏBƏR
Hazırda oxunan: Balakəndə çörəyin qiyməti endi, çəkisi QALDIRILDI - ŞAD XƏBƏR
Hazırda oxunan: Balakəndə çörəyin qiyməti endi, çəkisi QALDIRILDI - ŞAD XƏBƏR
144897
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.