“Əhmədli” metrosunda sərnişinlər polislə DALAŞDI: Saxlanılanlar var - VİDEO 

“Əhmədli” metrosunda sərnişinlər polislə DALAŞDI: Saxlanılanlar var - VİDEO 

Hazırda oxunan: “Əhmədli” metrosunda sərnişinlər polislə DALAŞDI: Saxlanılanlar var - VİDEO 

144860

Ötən gün Bakı metrosunda dava düşüb. 

Bakı metrosunun “Əhmədli” stansiyasında polislə sərnişinlər arasında insident yaşanıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Sərnişinlər tərəfindən qeydə alınan kadrlarda bir neçə şəxsin polis tərəfindən saxlanıldığı görünür.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, insident iyulun 5-də metronun “Əhmədli” stansiyasında qeydə alınıb. Belə ki, polis əməkdaşları təhlükəsizlik qaydalarına uyğun olaraq, iki qadın sərnişindən əl çantalarını xüsusi yoxlama aparatına yerləşdirməyi tələb ediblər. Onlar isə polisin qanuni tələbinə tabe olmaq istəməyərək, qışqırmaqla ictimai asayişi pozmağa cəhd ediblər. 

“Daha sonra hadisə yerinə qadınların qohumları yaxınlaşaraq, polisə müqavimət göstərməyə çalışıblar. İctimai qaydanı pozan və polisin qanuni tələbinə tabe olmayan şəxslər saxlanılıblar.

Onlar barəsində inzibati protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib”, - deyə nazirliyin məlumatında vurğulanıb.

Sosial şəbəkələrdə yayılan həmin görüntüləri təqdim edirik:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO