“Azərbaycanda çox arvadı olan kifayət qədər kişi var” – İLAHİYYATÇI 

“Azərbaycanda çox arvadı olan kifayət qədər kişi var” – İLAHİYYATÇI 

Hazırda oxunan: “Azərbaycanda çox arvadı olan kifayət qədər kişi var” – İLAHİYYATÇI 

144740

Azərbaycanda qanunda olmayan, əslində isə bəzilərinin həyat tərzinə çevrilən çoxarvadlılıq məsələsi aktuallaşıb. Bu məsələ cəmiyyətdə doğru qəbul edilməsə də, baş verən hadisələrdəndir. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan İslam dinində çoxarvadlılığın icazəli olduğunu bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Kəbinlə nikaha girib boşananlara aliment VERİLİRMİ? - HÜQUQİ İZAH


“Sadəcə şərtləri var. Quranda deyilir ki, əgər ədaləti qoruya biləcəksinizsə, əlavə arvad ala bilərsiniz. Lakin bu, zərurət yaranarsa icazədir, hökm deyil ki, mütləq hamı çox arvad almalıdır. Əsasən keçmiş dövrdə savaşlar səbəbi ilə kişilərin sayı kəskin azalırdı, soylar kəsilirdi, qadınlar dul qalırdı. 

Ümumiyyətlə, dünyada qadınlar kişilərdən sayca çoxdur. Fəqət günümüzdə çox hallarda buna zərurət olmur. Çoxarvadlılığın bəzi sosial səbəbləri var. Ancaq adətlər işə qarışanda bəzən bu məsələ anlaşılmazlıq yaradır. Əvvələr ölkəmizdə də belə hallar çox olub. Hətta ölmüş qardaşın arvadını ikinci arvad kimi alıblar. İndi isə çoxarvadlılıq o qədər də məqbul deyil. Yəni, Quranda deyildiyi kimi ədaləti qorumaq və sosial problemlərdən kənar qalmaq mümkün deyil. Odur ki, Quranda deyildiyi kimi bir arvad daha münasibdir”.

Azərbaycanda qiyabi məlumatlara görə çox arvadı olan kifayət qədər kişi olduğunu vurğulayan ilahiyyatçı bu kəsimin əsasən varlı şəxslər, biznesmenlər, Rusiyada yaşayanlar və dindarlar oduğunu bildirib:

“Rəsmi, bilirsiniz ki, yalnız bir arvada yol verilir. Nəinki Azərbaycanda bütün müsəlman ölkələrinində az da olsa çoxarvadlılıq mövcuddur. Məsələn, adam var ki, uzun illər övladı olmayıb. Boşanmaq da istəməyiblər. Həyat yoldaşının razılığı ilə ikinci arvad alıb, övladı da dünyaya gəlib. Yaxud ilk həyat yoldaşı qəzaya düşüb ağır yataq xəstəsi olub. Onun razılığı ilə həyat yoldaşı yenidən evlənib, hətta onun qulluğunda da durub. 

Yəni, məsələni mənfi tərəfə yox obyektiv istiqamətə yönəldəndə düzgün nəticə çıxarmaq olur. Çoxarvadlılıq cəmiyyətdə doğru qəbul edilməsə belə şəriətin bunu qadağan etməsi üçün əsaslı səbəb yoxdur”, -deyə ilahiyyatçı əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO