“AzTV”dən NƏCİB ADDIM – Nəsimi Nəbizadə efirlərə QAYIDIR – RƏSMİ  

“AzTV”dən NƏCİB ADDIM – Nəsimi Nəbizadə efirlərə QAYIDIR – RƏSMİ  

Hazırda oxunan: “AzTV”dən NƏCİB ADDIM – Nəsimi Nəbizadə efirlərə QAYIDIR – RƏSMİ  

144726

Tanınmış aparıcı, Əməkdar jurnalist Nəsimi Nəbizadə yenidən Azərbaycan Televiziyasında (AzTV) işə düzəlib. Bu barədə o, özü açıqlama verib.  

Məsələni dəqiqləşdirmək üçün Azərbaycan Televiziya və Radio Verilişləri QSC ilə əlaqə saxladıq. AzTV-nin sədr müavini Rafiq Həşimov Bizim.Media-ya açıqlamasında faktı təsdiqləyib: 

“Bəli, bu günlərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC –nin sədri Rövşən Məmmədov Nəsimi Nəbizadəni qəbul edib. Onun yenidən doğma kollektivdə işləmək arzusunu öyrənib. Və Nəbizadənin istəyini nəzərə alaraq Rövşən müəllim onu Azərbaycan radiosunda redaktor vəzifəsinə işə qəbul edib. Yaxın günlərdə Nəsimi Nəbizadənin səsi yenidən efirdən eşidiləcək”. 

Qeyd edək ki, uzun müddət narkotik asılığı yaşayan Nəsimi Nəbizədə zərərli vərdişdən qurtulmaq üçün müalicə alırdı. O, bir müddət əvvəl "Bakupost.az"a verdiyi müsahibədə bildirmişdi ki, yenidən jurnalistikaya qayıtmaq arzusundadır: 
"İş təklifləri gözləyirəm. İnanıram ki, mənim səsimi eşidəcəklər". 

Və göründüyü kimi, onun səsi “AzTV” rəhbərliyi tərəfindən eşidildi. Yaxın zamanlarda tanınmış aparıcını yenidən efirlərdə görəcəyik. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO