Kürdəmirdə bələdiyyə sədri Məhkəmə binasında ölüb

Kürdəmirdə bələdiyyə sədri Məhkəmə binasında ölüb

Hazırda oxunan: Kürdəmirdə bələdiyyə sədri Məhkəmə binasında ölüb

144549

Kürdəmirdə bələdiyyə sədri Məhkəmə binasında dünyasını dəyişib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. 

Belə ki, rayonun Karrar kənd bələdiyyəsinin sədri Cəfərov Sahib rayon məhkəməsinin inzibati binasına daxil olarkən halı pisləşib və o yıxılaraq huşunu itirib.

Ətrafdakı insanlar onu xəstəxanaya çatdırmaq istəsələr də, Cəfərov Sahib ürək tutmasından dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. 
Qeyd edək ki, Sahib Cəfərov bir müddət əvvəl ürəyindən cərrahiyə əməliyyatı keçiribmiş. 

Faktla bağlı araşdırma aparılır.  

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO