"Gecə saatlarında Azərbaycanda baş vermiş zəlzələnin əsas episentri olan Xaçmaz rayonunda təbiət hadisəsi güclü şəkildə hiss olunsa da fəsadları qeydə alınmayıb. Zəlzələ rayonun bütün ərazisində hiss olunub və əhali təşvişə düşüb. Ancaq xoşbəxtlikdən heç bir fəlakətə yol açmayıb".
Bunu Bizim.Media-ya Xaçmaz İH başçısının 1-ci müavini, rayon FHK-nın sədri Anar Oruclu deyib. Bildirib ki, bütün kəndlərlə əlaqə saxlanılıb, vəziyyət stabildir.
Qusar FHK-nın sədri Şahid Fərəməzov və Quba İH başçının səlahiyyətlərini icra edən, rayon FHK-nın sədri Tariyel İbrahimov da Quba-Qusar rayonlarında zəlzələnin hiss olunduğunu, hər hansı fəsadın qeydə alınmadığı bildiriblər.
Şabran və Siyəzən rayonlarında da zəlzələ fəsadsız ötüşüb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:28 / 04.07.2023
Zəlzələ şimal bölgələrinə necə təsir edib? - Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Zəlzələ şimal bölgələrinə necə təsir edib? - Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Zəlzələ şimal bölgələrinə necə təsir edib? - Rəsmi AÇIQLAMA
144432
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.