Tural Abbaslı: “Elman Rüstəmov qarpız satır? Hardandı Mərkəzi Bankın pulu?”

Tural Abbaslı: “Elman Rüstəmov qarpız satır? Hardandı Mərkəzi Bankın pulu?”

Hazırda oxunan: Tural Abbaslı: “Elman Rüstəmov qarpız satır? Hardandı Mərkəzi Bankın pulu?”

14443

“Mərkəzi Bank neçə yüz milyona özünə bina tikdirmək istəyir. Öz resursu hesabına inşa edəcək? Hansı resurs? Hardandır Elmanın pulu? Bostanı var? Qarpız əkib satır, yemiş alveri edir?”

Bizim.Media xəbər verir ki, bu sualları canlı yayımların birində Ağ Partiyanın sədri Tural Abbaslı həm Elman Rüstəmova, həm də digər məmurlara ünvanlayıb:

 

MÖVZU İLƏ BAĞLI:

Tural Abbaslıdan ölkədə baş verən siyasi proseslərlə bağlı Bizim.Media-ya özəl VİDEO-MÜSAHİBƏ


“Təsərrüfatı var? Mərkəzi Bank necə qazanır, bankda kartof-soğan əkir? Oxumuş adamlarsınız, Mərkəzi Bankın öz hesabı necə ola bilər?"

"Gömrük Komitəsi də deyirdi ki, nəyisə büdcədən kənar vəsaitlə etmişik. Hardandır o büdcədən kənar maliyyəniz? "

"Bir vətəndaş icra hakimiyyətləri, qurumlara müraciət edir ki, lütfən 500 manat verin, kreditimi bağlayım. Cavab verirlər ki, əlavə büdcəmiz yoxdur."

"Amma bina tikəndə əlavə büdcələri peyda olur”, - deyə Tural Abbaslı hiddətli çıxışını davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO