Polis Hacıqabulda əməliyyat keçirdi - TUTULAN VAR - FOTO

Polis Hacıqabulda əməliyyat keçirdi - TUTULAN VAR - FOTO

Hazırda oxunan: Polis Hacıqabulda əməliyyat keçirdi - TUTULAN VAR - FOTO

144417

Hacıqabulda evdən oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq edən rayon sakini, əvvəllər məhkum olunmuş Vəli Zayidov saxlanılıb.

İlkin dindirilmə zamanı V.Zayidov cinayət əməlini etiraf edərək qeyd edilən oğurluq faktını tanışı İbrahim Şirinov ilə birlikdə törətdiyini bildirib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, qabaqcadan əlbir olan tanışlar zərərçəkənə məxsus ünvana qanunsuz daxil olaraq oradan dəmir borular və digər tikinti materialları, avtomobil ehtiyat hissələri və 3 ədəd su matoru oğurlamaqla zərərçəkmişə 4600 manat maddi ziyan vurublar.

Oğurluq hadisəsində iştirak edən İ.Şirinovda müəyyən edilərək istintaqa cəlb olunub. Qanunsuz yolla əldə olunan "qənimətlərin" bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO