Sabahın havası bəzi insanlarda narahatlıq yaradacaq - PROQNOZ

Sabahın havası bəzi insanlarda narahatlıq yaradacaq - PROQNOZ

Hazırda oxunan: Sabahın havası bəzi insanlarda narahatlıq yaradacaq - PROQNOZ

14409

Martın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, gündüz qar yağacağı, günün birinci yarısında intensiv olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, sabah güclü şimal-qərb küləyi əsəcək.

 

MÖVZU İLƏ BAĞLI:

Qar, çovğun, şaxta - Hava kəskin dəyişəcək


Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 1-5 dərəcə isti, dağlarda gecə 4-8, yüksək dağlıq ərazilərdə 10-12, gündüz 0-4 dərəcə şaxta olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoz

Martın 12-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda yağıntılı hava şəraiti və temperaturun bir qədər enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO