Zaqatalada piyadanın ölümü ilə nəticələnən qəzanın SƏBƏBİ  

Zaqatalada piyadanın ölümü ilə nəticələnən qəzanın SƏBƏBİ  

Hazırda oxunan: Zaqatalada piyadanın ölümü ilə nəticələnən qəzanın SƏBƏBİ  

144009

Rayonun Qandax kəndi ərazisində avtomobil qadını vurub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında  baş verib.  

Belə ki, qaranlıq küçədə yolu keçmək istəyən Gürcüstan respublikasında qeydiyyatda olan lakin müvəqqəti Qandax kəndində yaşayan 62 yaşlı Şamama Şabanovanı həmin kənd sakini 71 yaşlı Fərman Cumaəliyev idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə vurub. 
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadını hadisə şahidləri Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq Şamama Şabanova bir müddət sonra keçinib. 

Hadisə ilə bağlı rayon Polis Şöbəsində araşdırma aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO