Kənd Təsərrüfatı Nazirliyi 1-2 iyul tarixlərində paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil edəcək.
Bu barədə Bizim.Media-ya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Yarmarkanın təşkil olunmasında əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan dəvət olunan fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkası fermerlər üçün tamamilə ödənişsiz şəkildə təşkil olunur. Fermerlər piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.
Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvana qədər daşınır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:10 / 30.06.2023
Həftəsonu “Kənddən şəhərə” yarmarkası KEÇİRİLƏCƏK – Ünvan AÇIQLANDI
Hazırda oxunan: Həftəsonu “Kənddən şəhərə” yarmarkası KEÇİRİLƏCƏK – Ünvan AÇIQLANDI
Hazırda oxunan: Həftəsonu “Kənddən şəhərə” yarmarkası KEÇİRİLƏCƏK – Ünvan AÇIQLANDI
143877
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.