Bakı-Şamaxı-Qəbələ yolu ÇÖKDÜ – Təmir işləri bitənədək yol BAĞLI qalacaq - FOTO/VİDEO

Bakı-Şamaxı-Qəbələ yolu ÇÖKDÜ – Təmir işləri bitənədək yol BAĞLI qalacaq - FOTO/VİDEO

Hazırda oxunan: Bakı-Şamaxı-Qəbələ yolu ÇÖKDÜ – Təmir işləri bitənədək yol BAĞLI qalacaq - FOTO/VİDEO

143846

İsmayıllı-Şamaxı-Qəbələ yolunda çökmə baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə həmin yolun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Adıçəkilən yolun  çökməsi  ilə əlaqədar əraziyə İsmayıllı rayon 9 saylı Yol istismar idarəsinin texnikası, eləcə də ərazidə yol tikinti işlərini aparan şirkətin canlı qüvvəsi və texnikası cəlb olunub.

İsmayıllı rayon Yol idarəsindən bildirilib ki, ümumilikdə yolun 40 metr hissəsində çökmə olub, bəzi yerlərində 1,5 m, digər hissələrində isə 4 metrədək yolun hərəkət hissəsi  çöküb. Hazırda yolun bərpası istiqamətində zəruri işlər görülür. 

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, Muğanlı-İsmayıllı istiqamətində tikinti ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmələr qeydə alınıb.

Sözügedən hissələr üzrə avtonəqliyyat vasitələrinin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə gecə saatlarında təmir işləri icra olunub. Bu səbəbdən Muğanlıdan İsmayıllı və əks istiqamətdə bir-neçə saatlıq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Qeyd olunan müddət ərzində sürücülərdən alternativ olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolundan (Ağsu aşırımı) istifadə etmələri tövsiyə olunur. Yolda yaxın saatlarda hərəkətin bərpa olunacağı nəzərdə tutulur.

 






Bizim Media, Aran bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO