Astara sakini mübahisə zamanı əmisi oğlunu öldürdü

Astara sakini mübahisə zamanı əmisi oğlunu öldürdü

Hazırda oxunan: Astara sakini mübahisə zamanı əmisi oğlunu öldürdü

14379

Martın 10-da saat 19 radələrində Astara rayonu, Şəmətük kəndində kənd sakini 1991-ci il təvəllüdlü Ağayev Musa Arzu oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Astara rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

MÖVZU İLƏ BAĞLI:

Oğlunu boğaraq öldürən atadan TÜKÜRPƏDİCİ sözlər – “2 həftədir planlaşdırırdım...”


Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əmisi oğlu Ağayev Famil Qəyim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Musa Ağayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Famil Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bizim.Medi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO