Cari ilin aprelin 9-da Xaçmaz rayonu Yalama kəndində evlərdən birinin yanması və içərisində olan 2 nəfərin yanaraq ölməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, evdə yanan şəxslər əvvəlcə öldürülüb, daha sonra izi itirmək məqsədilə ev qəsdən yandırılıb.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 1996-cı il təvəllüdlü Ağaxanov Ramin Rəhman oğlu saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə cinayət hadisəsi pul mübahisəsi ilə bağlı olub.
Araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:42 / 26.06.2023
Xaçmazda ev sakinlərini öldürüb evi yandıran şəxs SAXLANILIB
Hazırda oxunan: Xaçmazda ev sakinlərini öldürüb evi yandıran şəxs SAXLANILIB
Hazırda oxunan: Xaçmazda ev sakinlərini öldürüb evi yandıran şəxs SAXLANILIB
143474
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.