Sumqayıtda silahlı şəxs SAXLANILIB 

Sumqayıtda silahlı şəxs SAXLANILIB 

Hazırda oxunan: Sumqayıtda silahlı şəxs SAXLANILIB 

143452

Sumqayıtda silahlı şəxs tutulub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində İnşaatçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ərəstun Zülfüqarov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar olunub. 

Araşdırmalarla onun odlu silah gizlətməsi də müəyyən olunub. 

Davam etdirilən tədbirlərlə onun şəhər ərazisində yerləşən taxta sexlərinin birində gizlətdiyi nömrəsi silinmiş “Baykal” markalı tapança və 176 ədəd patron da aşkar olunaraq götürülüb. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO