“Bir təbbəsüm intihardan xilas edə bilər” - Hacı Şahin

“Bir təbbəsüm intihardan xilas edə bilər” - Hacı Şahin

Hazırda oxunan: “Bir təbbəsüm intihardan xilas edə bilər” - Hacı Şahin

14340

Son zamanlar artan intiharlar cəmiyyət olaraq, böyükdən kiçiyə hamını narahat edir. Əsasən gənclərin arasında yayılan bu hal, problem haqqında düşünüb, ciddi tədbirlərin görülməsini tələb edir.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanda intihar xəbərlərinə senzura qoyulmalıdır” - Psixoloqdan HƏYƏCAN SİQNALI


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmisi Hacı Şahin Həsənli Bizim.Media-ya açıqlamasında bildirib ki, intiharı bir mənalı olaraq, sosial problemlərlə əlaqələndirmək doğru deyil.

Onun sözlərinə görə, əslində bunun kökündə psixoloji faktorlar axtarılmalıdır. 
 

“Bəzən gəncləri intihara həyatdan olan gözləntilərinin reallığa uyğun olmaması sürükləyir. Bu vəziyyətdə də onlarda ümidsizlik, depressiya yaranır.


Düşünürəm ki, bunun həll yolundan biri ailələrdə düzgün tərbiyənin aşılanmamasıdır. Bu gün daha çox insanların maddi vəziyyətləri qabardılır, bu da insanları mənəvi cəhətdən getdikcə zəiflədir”.

Hacı Şahin din xadimlərinin də bu itiqamətdə fəaliyyətlərinin vacibliyini vurğulayıb.

O, intiharın islamda birmənalı olaraq, pislənmısini, onun çox böyük bir yanlış olduğunu qeyd edib. 

“Quranda da qeyd olunur ki, özünü öldürən insanlara əbədi əzab vardır. İnsanın nəinki özünü öldürməsinə, hətta xəsarət yetirməsi belə günah sayılır. İstənilən çətin bir vəziyyətdə belə Allaha ümidli olmaq lazımdır.
 

Allah Quranda buyurur ki, biz insanları çətinlikdə yaratdıq. Çətinlik isə insanın daxilində olan güclü potensialı üzə çıxarmaq üçündür. Həyatın çətinliyi cəza deyil, insanın formalaşmasıdır.


Can insana Allahın əmanətidir. Buna görə, insan ona verilən əmanəti sonuna qədər qorumalıdır. İnsan sınaqlara hər zaman hazır olmalıdır. Kasıblıqda, fəqirlikdə, xəstəlikdə, varlılıqda sınaqdır. Əlbəttə ki, bu cür hallaqın qarşısını almaq üçün işlər kompleks şəklində davam etdirilməlidir. Psixoloqlar, sosioloqlar, din xadimləri  və digər sahələrlə məşğul olan  insanlar birgə əmək sərf etməlidir”.

Sonda din xadimi ailələri tərbiyə etdikləri övladlarına mütləq şəkildə sevgi, qayğı bəxş etməyə çağırıb.

O, qeyd edib ki, doğru tərbiyə olan fərd, cəmiyyətə sağlam şəkildə ayaq basır və güclü biri olur.
 

“Ailələrdə məhəbbət mühitində böyüyən, hörmət görən uşaqlar, gənclər arasında bu hallar az olur. Adətən travmalı, ətrafından və ailəsindən soyuqluq görən uşaqlar intihara meyilli olurlar.


Dinimiz də bizi bir-birimizə diqqətli, mehriban olmağa dəvət edir. Hətta hədislərdə bir insanın övladını nə qədər sevindirərsə, cənnətdə məqamı bir o qədər yüksələcəyi haqqında da məlumatlar var. Çalışın, övladlarınıza, ətrafınıza sevgi, təbəssüm bəxş edin. Bir təbəssüm belə kimisə intihardan xilas edə bilər”,- deyə o, fikrini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO