Göyçay çayının sahilində təmizlik aksiyası keçirilib - FOTO 

Göyçay çayının sahilində təmizlik aksiyası keçirilib - FOTO 

Hazırda oxunan: Göyçay çayının sahilində təmizlik aksiyası keçirilib - FOTO 

143197

Göyçay Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Göyçay çayının sahilində təmizlik aksiyası keçirilib.  

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, təmizlik aksiyasında Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, Göyçay bələdiyyəsinin üzvləri və Şəhər Təsərrüfatı Birliyinin əməkdaşları iştirak ediblər.  

Tədbirin keçirilməsində məqsəd ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə, ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.  

Ərazidə çayın kənarları tullantılardan, kol-kosdan təmizlənmiş, mövcud yaşıllıqlara aqrotexniki qulluq edilərək ağacların suvarlması təmin edilmişdir.  






Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO