Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Baş Sumqayıt stansiyasının yaxınlığında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Qurumdan Bizim.Media-ya verilən məlumata görə, saat 13:20 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub.
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtda dəhşətli qəza - Bələdçinin başı bədənindən ayrıldı - FOTOLAR
Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib.
"Hadisənin başvermə səbəbini müvafiq orqanlar aidiyyəti üzrə araşdırıb, hüquqi qiymət verəcək. ADY adından M.Abdullayevə Allahdən rəhmət, ailəsinə səbr diləyirik!", - deyə açıqlamada qeyd olunub.
Bizim.Media