Azad edilmiş ərazilərimizdə bu il 9150 ədəd mina ZƏRƏRSİZLƏŞDİRİLİB 

Azad edilmiş ərazilərimizdə bu il 9150 ədəd mina ZƏRƏRSİZLƏŞDİRİLİB 

Hazırda oxunan: Azad edilmiş ərazilərimizdə bu il 9150 ədəd mina ZƏRƏRSİZLƏŞDİRİLİB 

143160

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Zəngilan rayonunun Ağalı kəndində iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclasda bildirilib ki, minatəmizləmə əməliyyatlarına cəlb olunan qurumlar tərəfindən 2023-cü il ərzində 19 840 hektar ərazi partlayıcı qurğulardan təmizlənib, 9 150 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. 

Sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə layihələrinin gedişatı barədə qurumlar tərəfindən hesabatlar təqdim olunub, cari məsələlər üzrə fikir mübadiləsi aparılıb. 

Zəngilan rayonuna səfər çərçivəsində İşçi qrup üzvləri Cəbrayıl rayonu ərazisində yerli şirkət tərəfindən minatəmizləmə fəaliyyəti icra edilən “Qız Qalası Suvarma kanalı” layihəsi, eləcə də ANAMA tərəfindən Zəngilan rayonunda icra edilən “Horadiz-Laçın qaz xətti” layihəsinin minalardan təmizlənməsi əməliyyatları ilə tanış olublar.
Nümayəndələr icra edilən layihələrin gedişatı barədə məlumatlandırılıb, aşkar olunan mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsində iştirak ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO