Bu il iyun ayının 29-dan iyul ayının 1-dək Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Cəmiyyətin Türkiyə təmsilçisi Məhərrəm Yıldızın dəvəti ilə Türkiyə Cumhuriyyətinin Qars şəhərində səfərdə olub.
Səfər müddətində Zəlimxan Məmmədli Kars Bələdiyyə başkanı Murtaza Qaraçanta ilə görüşüb. Görüşdə Türkiyədə durum, Türkiyə, Azərbaycan və Gürcüstan arasında ilişkilər, Karsın daha da inkişafının zəruriliyi, Borçalı Türklərinin dövlətlərimiz arasında mənəvi körpü olaraq möhkəmləndirilməsi, Elat Bayramı ilə bağlı fikir mübadiləsi aparılıb.
Murtaza bəy sonda bu il də Gürcüstana, Borçalı türklərinin Elat Mədəniyyəti - Elat bayramına gələcəyini bildirmişdir. Zəlimxan bəy həmin gün Kars bələdiyyəsində yenicə başkan yardışçısı görəvini almış Tahsin bəyi ziyarət etmiş, yeni görəvində uğurlar arzulayıb. Ertəsi gün Zəlimxan Məmmədli MHP Kars İl Başkanlığında olmuş, Başkan Yaver Özcan ilə səmimi söhbətlər edib. Yavər bəy hər zaman soydaşlarımızın yanında olacağını, Elat bayramına gələcəyini və Borçalı Cəmiyyətinin haqq mübarizəsini dəstəkləyəcəyini bildirib. Daha sonra Qars qalasının ətəyində Məhərrəm Yıldızın dəstəyi və rejissor Hakan Kılıcın rəhbərliyi, Atilla Bayramoğlunun qatılımı və çox profesional çəkiliş qrupu ilə may ayından başlanmış, Borçalı türklərinə həsr olunmuş bəlgəsəl filmin son kadrları lentə köçürülüb. Zəlimxan Məmmədli Qars qalasının zirvəsində Borçalı Türklərini, Borçalı Cəmiyyətini, Qafqazda problemlərin fəlsəfəsini aydınladan müsahibə verib. Bu proqram iyul ayının ortalarından Türkiyənin TRT, Ölkə TV, Kanal 24 və digər 10-a yaxın telekanalında yayımlanacaq.
Səfər ərəfəsində Qarsda Borçalı türklərinə-tərəkəmə qarapapaq mədəniyyətinə həsr olunan çəkilişin də son kadrları çəkilib. Səfər əsnasında Zəlimxan bəy, Məhərrəm bəy və digər qrup üzvləri ilə Qarsın Qalağala, Bozqala və digər yaşayış məntəqələrində 100 il bundan əvvəl məcburən oralara mühacirət etmiş soydaşlarımızla görüşmüş, səmimi söhbətlər ediblər. Hər yanda soydaşlarımız Elat bayramından, ata yurdları Borçalıdan, onun Borçalıdan kənarda tək təşkilatı olan Borçalı Cəmiyyətindən danışır, hər kəs Elat bayramına tədarük görməkdədirlər.
"Borçalı" İctimai Cəmiyyəti səfərin təşkilində Məhərrəm Yıldız başda olmaqla əməyi keçən hər kəsə, o cümlədən Hakan Kılıç və Atilla Bayramoğluna, xüsusi diqqət göstərən "Yerli Düşüncə Dərnəyi" təmsilçisi Alper Tenqo Kılıca vəfədakar çəkiliş qrupuna təşəkkür edir.





































































































