“Bakı Metropoliteni”nə pandemiyaya görə 27,7 milyon manata yaxın yardım ayrılıb

“Bakı Metropoliteni”nə pandemiyaya görə 27,7 milyon manata yaxın yardım ayrılıb

Hazırda oxunan: “Bakı Metropoliteni”nə pandemiyaya görə 27,7 milyon manata yaxın yardım ayrılıb

14290

2020-ci ildə “Bakı Metropoliteni” QSC-nin daşıdığı 74,7 milyon sərnişinin 2,6 milyonu yeraltı nəqliyyat vasitəsindən güzəştli şərtlərlə istifadə edib.

Bizim.Media-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı metrosunun qatarları işə salınacaq - Bu tarixdə 


Sənəddə deyilir ki, dövlət büdcəsindən ötən il səhmdar cəmiyyətinə əsaslı vəsait qoyuluşu üzrə ümumilikdə 140,2 milyon manat vəsait ayrılıb.

Hesabat ilində II (yaşıl) xəttin “Dərnəgül” elektrik deposunun, III (Bənövşəyi) xəttin “Xocasən deposu”-“Avtovağzal” stansiyaları arasında tunellərin “Xocasən” elektrik deposunun “B-3” – “B-4” – “B-5” sahəsinin, Bakı metropoliteni xətlərinin IV növbəsinin “Xətai” – “H.Aslanov-2” – “Yeni Günəşli” sahəsində tikinti quraşdırma işləri davam etdirilib.

Rusiyanın “Metrovaqonmaş” ASC-dən innovasiya baxımından ən müasir 20 metro vaqonu alınıb, istismar müddətini başa vurmuş 11 ədəd vaqon silinib və metro vaqonlarının inventar parkı 304 ədəd təşkil edib.

2020-ci ildə “Bakı Metropoliteni”nin istismar fəaliyyəti üçün büdcədən 40 milyon manat subsidiya və pandemiya ilə bağlı zəruri xərclərinin qarşılanması üçün 27,7 milyon manat maliyyə yardımı ayrıılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO